Ərdoğan Yaponiyanın Baş naziri ilə görüşüb
    • 8-09-2023, 20:28
    • 194

Ərdoğan Yaponiyanın Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistana səfəri çərçivəsində Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşüb.

News24.az "Report"a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin hazırkı durumu müzakirə olunub.

R.T.Ərdoğan və F.Kisida eyni zamanda regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehlidə səfərdədir.