Ərdoğan G20 liderlərinin toplantısında İŞTİRAK EDƏCƏK
    • 7-09-2023, 23:40
    • 134

Ərdoğan G20 liderlərinin toplantısında İŞTİRAK EDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək 18-ci G20 liderlərinin zirvə toplantısında iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” mövzusu altında keçiriləcək  sammitdə fikir mübadiləsi aparacaqlar.

Ərdoğanın G20 liderləri ilə görüşməsi, həmçinin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə də görüşləri gözlənilir. 

Günəş Mərd