Gənclər və idman naziri Beynəlxalq Etnosport Festivalında iştirak edib
    • 8-09-2023, 23:45
    • 330

Gənclər və idman naziri Beynəlxalq Etnosport Festivalında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 7-8-də Özbəkistanın Xivə şəhərində keçirilən Beynəlxalq Etnosport Festivalında iştirak edib.

News24.az "Report"a istinadən xəbər verir ki, nazir festivalın açılışında, eləcə də festival çərçivəsində təşkil olunan Beynəlxalq Etnosport Forumunda iştirak edib, mas-reslinq yarışlarında Azərbaycan idmançılarının çıxışlarını izləyib.

Fərid Qayıbov eyni zamanda, festival çərçivəsində bir neçə ikitərəfli görüşlər keçirib. Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğanla görüşdə Azərbaycanda etno idman növlərinin inkişafı, ölkəmizdə bu növlərdə təşkil olunan tədbirlər barədə müzakirələr aparıb. Nazir həmçinin özbəkistanlı və rusiyalı həmkarları ilə ikitərəfli görüşlər keçirib.