-
- 2-05-2024, 20:30
- 226
Dənizdə fırtına XƏBƏRDARLIĞI
Sabah Aralıq dənizinin qərbində küləyin fırtına kimi əsəcəyi gözlənilir.
News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə Avropa Meteorologiya Təşkilatı məlumat yayıb.
Məlumata görə, sabah günorta saatlarından başlayaraq, Aralıq dənizinin qərbində küləyin qərb və şimal-qərbdən 6-8 gücündə fırtına olaraq əsəcəyi təxmin edilir.
Fırtınanın axşam saatlarından sonra zəifləyəcəyi gözlənilir.