Sabiq nazir axtarışa verildi
    • 2-05-2024, 19:30
    • 180

Sabiq nazir axtarışa verildi

Ukrayna Ədliyyə Nazirliyinin keçmiş rəhbəri və ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) keçmiş üzvü Pavel Petrenko Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısına daxil edilib.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Petrenko Donbassda qondarma antiterror əməliyyatının keçirilməsinə dair cinayət qərarlarına görə qiyabi ittiham olunub. Onun cinayət maddəsi ilə axtarışda olduğu qeyd olunub.