Neymar Pelenin rekordunu QIRDI
    • 9-09-2023, 10:07
    • 332

Neymar Pelenin rekordunu QIRDI

Dünya çempionatının seçmə mərhələsinin ilk turunun oyununda Braziliya millisi Boliviya millisini 5:1 hesabı ilə məğlub edib.

News24.az xəbər verir ki, qarşılaşmanın qalibi Rodriqo (24, 53-cü dəqiqə) və Neymar (61, 90+3) dubl edib, Rafinya da bir dəfə (47), Viktor Abreqo (78) qonaqların yeganə qoluna imza atıb.

Neymar, Rodriqo və Rafinya qollardan əlavə hərəyə bir məhsuldar ötürmə edib.

Bundan başqa, Neymar futbol əfsanəsi Pelenin Braziliya millisinin heyətində ən çox qol vurma rekordunu qırıb. Neymar indi Pelenin vurduğu 77 qola qarşı 79 qola sahibdir.

Aynurə