Pelenin adı lüğətə daxil edildi
    • 28-04-2023, 11:04
    • 278

Pelenin adı lüğətə daxil edildi

​​​​Braziliya millisinin əfsanəvi futbolçusu Pelenin adı Braziliya portuqal dili lüğətinə daxil edilib.

News24.az
xəbər verir ki, Pelenin adı “ən yaxşı” sözünün sinonimi kimi istifadə olunacaq.

Xatırladaq ki, Pele tarixin ən yaxşı futbolçusu hesab olunur. O üç dəfə Dünya Kubokunu qazanan yeganə oyunçudur. Əfsanəvi braziliyalı futbolçu ötən ilin dekabrında 82 yaşında vəfat edib. O, uzun müddət xərçənglə mübarizə aparıb. 

Qumral Əliyeva