Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ
    • 13-03-2019, 15:10
    • 899

Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verdiyi məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.