-
- 9-09-2023, 18:03
- 215
Zelenski Yaponiyanın xarici işlər naziri ilə görüşdü
Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın xarici işlər naziri Hayaşi ilə görüşüb.
News24.az xəbər verir ki, Zelenski bunu sosial media hesabından bildirib.
Görüşdə G7-nin Ukrayna Bəyannaməsinin hazırlanmasında təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli razılaşma üçün danışıqlara başlamaq barədə razılaşdıqlarını qeyd edən Zelenski, “Asiyadakı əsas tərəfdaşımız olmağa davam etdiyi və Ukraynanı dəstəklədiyi üçün Yaponiyaya minnətdaram” deyib.
Qeyd edək ki, Hayaşi bu gün Kiyevə gəlib. Hayaşinin səfəri onun Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk səfəri olması ilə diqqət çəkir.
Günəş Mərd