-
- 9-09-2023, 19:46
- 225
Modi Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini elan etdi
Hindistanın baş naziri Narendra Modi G20 Liderlər Zirvə toplantısında Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə dair “tarixi razılaşmanın” əldə edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, “The Indian Express” qəzetinin məlumatına görə, G20-də “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi” çərçivəsində sessiya keçirilib.
Sessiyada çıxış edən Modi, "Bu gün mühüm və tarixi razılaşma əldə edildi. Gələcəkdə (dəhliz) Hindistan, Qərbi Asiya və Avropada əsas iqtisadi inteqrasiya aləti olacaq" deyib.
Baş nazir Modi əlavə edib ki, dəhliz qlobal əlaqə və davamlı inkişafa yeni istiqamət verəcək.
Qeyd edək ki, sözügedən təşəbbüs Hindistan,Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya,Almaniya və ABŞ-ni əhatə edir.
Günəş Mərd