G20 sammitində Aİ-dən MESAJ
    • 9-09-2023, 18:41
    • 136

G20 sammitində Aİ-dən MESAJ

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Von der Leyen G20 Liderlərinin 18-ci sammitində çıxış edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Von der Leyen “Qlobal İnfrastruktur Tərəfdaşlığı Təşəbbüsü”nə (PGII) başladıqları vaxtdan 2 il keçdiyini xatırladıb. Bu dəfə “Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi” və “Trans Afrika Dəhlizi" üzrə iki layihə həyata keçirdikləri vurğulayıb. 

Von der Leyen "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini"ni “tarixi hadisə” kimi qiymətləndirib və bildirib. Bunun Hindistan ilə Avropa arasında ticarəti 40 faiz sürətləndirəcəyini vurğulayıb.

Von der Leyen, Anqoladan Zambiyaya gedən dəhlizin bir quru bölgəsini dənizlə birləşdirəcəyini, bunun həm də təmiz su təmin edəcəyini deyib.

Günəş Mərd