Ermənistan bu ölkə ilə viza rejimini ləğv etdi
    • 9-09-2023, 22:10
    • 170

Ermənistan bu ölkə ilə viza rejimini ləğv etdi

Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri arasında iki ölkə vətəndaşları üçün viza rejiminin ləğvi haqqında protokol imzalanıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan "X"da yazıb.  

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəllər viza rejiminin liberallaşdırılması yalnız diplomatik pasport sahibləri üçün keçərli olub. İndi protokola əsasən, viza tələblərinin ləğvi ümumi pasportlu vətəndaşlara da şamil olunacaq.

Qeyd olunur ki, protokol hər iki ölkə bütün daxili prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək.