-
- 10-09-2023, 22:19
- 267
Bayden bəşəriyyət üçün əsas ekzistensial təhlükəni adlandırıb
“Nüvə müharibəsi ehtimalı deyil, qlobal istiləşmə bəşəriyyətin üzləşdiyi ən mühüm ekzistensial təhlükə sayıla bilər”.
News24.az “Report”a istinadən xəbər verir ki, bu fikri Hanoyda mətbuat konfransında çıxış edən ABŞ prezidenti Co Bayden deyib.
“Bəşəriyyətin üzləşdiyi yeganə ekzistensial təhlükə, hətta nüvə müharibəsindən də qorxulu qlobal istiləşmədir. Yaxın 10-20 ildə temperaturun 1,5 dərəcə yüksəlməsi əsl problem olacaq. Geriyə dönüş olmayacaq”, - Amerika lideri qeyd edib.
Bayden həmçinin bildirib ki, Yeni Dehlidə keçirilən G20 sammitində bütün iştirakçılar qlobal istiləşmədən narahatdırlar.