-
- 11-09-2023, 10:22
- 299
Sərhəddə gərginlik: HƏRBİ TƏLİMLƏR BAŞLAYIR
Şimali Atlantika Alyansı Soyuq Müharibədən bəri ən böyük hərbi təlimlərini keçirməyə hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
“Steadfast Defender” adlanan tədbirdə ən azı 41 min hərbçi və 50-dən çox gəmi iştirak edəcək. Manevrlər zamanı hərbçilər 500-dən 700-ə qədər uçuş həyata keçirəcəklər. Nəşrin məlumatına görə, qoşunlar üçün daha real ssenarilər yaratmaq üçün real coğrafi məlumatlardan istifadə edilməsi planlaşdırılır.
Təlimin məqsədi “Rusiyanın alyans üzv ölkələrindən birinə qarşı yönəlmiş təcavüzünü” dəf etmək cəhdini hazırlamaqdır. NATO bu manevrləri Rusiya tərəfinə “alyansın müharibəyə hazır olduğunu” nümayiş etdirməyin əsas hissəsi hesab edir.
FT-nin məlumatına görə, təlimlər 2024-cü ilin fevral və mart aylarında Almaniya Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Bununla yanaşı təlimdə İsveç də iştirak edəcək.
Aynurə