NATO Ukraynada hərbi əməliyyatlar aparmayacaq - Pentaqon
    • 16-06-2023, 18:18
    • 375

NATO Ukraynada hərbi əməliyyatlar aparmayacaq - Pentaqon

NATO Ukraynada hərbi əməliyyatlar aparmaq niyyətində deyil.

News24.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynada hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil. Biz Rusiya Prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibəyə sürüklənməyəcəyik”, - deyə Pentaqon rəhbəri bildirib.

“Bununla belə, biz NATO-nun müdafiəsini gücləndirəcəyik”, - deyə Ostin əlavə edib.