-
- 11-09-2023, 14:15
- 191
Zelenski itkilərdən danışdı: "GƏLƏCƏKDƏ DAHA ÇOX UKRAYNALI.."
“Uzun zamandır davam edən münaqişə ukraynalılar arasında daha böyük itkilərə səbəb olacaq. Ölkə həm cəbhədə, həm də sürgündə daha çox insan itirəcək. Bu, tamamilə hərbiləşdirilmiş iqtisadiyyatın tətbiqinə gətirib çıxaracaq”.
News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində zamanı deyib.
Zelenski qeyd edib ki, hökumət insanlara hərbiləşdirilmiş iqtisadiyyatın tətbiqi ideyasını çatdırmalıdır. Lakin o, bunun necə əldə olunacağını dəqiqləşdirməyib.
“Kiyev heç vaxt heç bir razılaşmaya getməyəcək. Münaqişə “Rusiya Ukrayna ərazisində qaldığı müddətcə” davam edəcək”,- o bildirib.
Zelenski ABŞ-da keçirilən prezident seçkilərinə də xüsusi diqqət yetirib. Ukrayna prezidenti ümid edir ki, yeni dövlət başçısı ABŞ-ın Kiyevə dəstək vermək kursunu davam etdirəcək. O, Avropa İttifaqından da oxşar addımlar gözləyir.
Ayşən