-
- 18-05-2024, 20:18
- 413
Telefonda çox danışmaq təzyiqi yüksəldir
Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir.
News24.az "Medicina"-a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:
Mütəxəssisin sözlərinə görə, bu vərdişə meylli insanlarda arterial hipertoniyaya tutulma ehtimalı digərləri ilə müqayisədə 12% çoxdur.
"Təzyiqi yüksək olanlar oturaq həyat tərzi yox, aktiv fiziki həyat seçməlidir.
Əgər təzyiq mütəmadi 140-sa, idman, gəzinti, üzgüçülük, velosiped sürmək lazımdır.
Məşq təzyiqi 1-2 sutka normal saxlayır, ona görə də mütəmadi idman lazımdır.
Amma buna baxmayaraq, təzyiq dərmanlarını da müntəzəm içməlisiz".