-
- 11-09-2023, 18:13
- 224
Kim Çen In Rusiyaya gedir
Şimali Koreya lideri Kim Çen In yaxın günlərdə Rusiyaya səfər edəcək.
News24.az xəbər verir ki, səfər Rusiya prezidentinin dəvəti ilə baş tutacaq. Məlumata görö, liderlər Vladivostokda görüşəcəklər.
“Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcək”, - Kremlin mətbuat xidmətindən bildirilib.
İki lider arasında görüş və danışıqlar planlaşdırılır. 2019-cu ilin yazında Kim Çen Inın Rusiya Federasiyasına sonuncu səfəri baş tutub. Sonra hazırkı dövlət başçıları ilk dəfə şəxsən görüşüblər, bu, Vladivostokda baş tutub.
Hazırda Putin də Vladivostokdadır. Cənubi Koreyanın YTN telekanalının məlumatına görə, Kim Çen In KXDR-in şimal-şərq sərhədinə gedib.
KİV-in məlumatına görə, Rusiya Federasiyası və KXDR liderlərinin görüşü çərşənbə axşamı və ya çərşənbə günü baş tuta bilər.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl Putinin Kim Çen Inla görüş keçirməyi planlaşdırmadığını bildirmişdi.
Akqabay