-
- 11-09-2023, 20:00
- 383
"Azərpoçt"dan müştərilərinə XƏBƏRDARLIQ - FOTO
“Azərpoçt” müştərilərini diqqətli olmağa çağırır!
News24.az xəbər verir ki, kiberdələduzlar tərəfindən sosial şəbəkələrdə ”Azərpoçt” adından “Azerpost” və sairə adlı saxta səhifələr yaradılaraq sahibsiz qalan mal tərkibli bağlamaların 5.50 AZN məbləğində satış çıxarıldığı bildirilir.
“Azərpoçt” vətəndaşlara belə vədlərə etimad etməməyi, qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda – 169 Çağrı Mərkəzi və rəsmi sosial şəbəkə hesablarından məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
Daha ətraflı RTV-nin materialında