Simonyan mikrofonun açıq olduğunu UNUTDU: “Səni öldürəcəm...”
    • 12-09-2023, 11:47
    • 417

Simonyan mikrofonun açıq olduğunu UNUTDU: “Səni öldürəcəm...”

Sentyabrın 12-də Alen Simonyanın sədrliyi ilə Ermənistan parlamentinin dördgünlük növbəti sessiyası işə başlayıb.

News24.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Simonyan səsvermənin nəticələrini elan etməzdən əvvəl mikrofonun açıq olduğunu bilməyərək əlindəki kağızları qarışdıraraq bu sözləri deyib: “Səni öldürəcəm, onlar nə etdilər?”

Erməni KİV yazır ki, Simonyan ola bilsin ki, masasının üstündəki kağızlarda nəsə səhv olub deyə narahat olub və bu sözləri dilə gətirib.

Akqabay