Bakı Rusiyanın nəzarətini istəyirsə, İrəvan da... –  Simonyan
    • 13-06-2023, 15:29
    • 333

Bakı Rusiyanın nəzarətini istəyirsə, İrəvan da... – Simonyan

Azərbaycan Ermənistan ərazisindəki kommunikasiyalara Rusiyanın nəzarətini istəyirsə, Ermənistan da üçüncü ölkənin iştirakını istəyə bilər.

News24.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O qeyd edib ki, məsələ ilə bağlı danışıqlar prosesi davam edir: “Müxtəlif fikirlər eşidilir, tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar. Kommunikasiya blokunun açılması qarşılıqlı prosesdir. FTX-nin nəzarəti ilə bağlı heç bir qərar yoxdur. Azərbaycan vətəndaşları Ermənistan vasitəsilə Naxçıvana gedə bilsələr, sonra Ermənistan vətəndaşları da Azərbaycan ərazisindən keçə bilərlər. Şərtlər eyni olmalıdır, Ermənistanın mövqeyi isə dəyişməz qalır”, - Simonyan bildirib.

Akqabay