Rusiyada zorlama maddəsi ilə axtarışda olan iki azərbaycanlı tutuldu -EKSKLÜZİV
    • 14-03-2019, 11:09
    • 2 572

Rusiyada zorlama maddəsi ilə axtarışda olan iki azərbaycanlı tutuldu -EKSKLÜZİV

Rusiya Federasiyasının (RF) axtarışa verdiyi şəxslər tutulub. 

News24.az-ın məlumatına görə, Rusiya Cinayət qanununun 131-ci, yəni zorlama maddəsi ilə axtarışda olan Sərxan Əsgərzadə tutulub. 1970-ci il təvəllüdlü Sərxan xeyli vaxt Rusiyada yaşayıb və orda tanış olduğu qızı zorlayandan sonra Azərbaycana qaçıb. 

Rusiyada qız zorlamış digər şəxs 35 yaşlı Alim Qasımov isə Şəmkirdə tutulub. O isə RF Cinayət qanunun 136-cı, yəni seksual xarakterli zorakılıq əməlinə görə axtarışa verilib. Araşdırmalar aparılır.

Taleh BAĞIROV