Ekspert planeti gözləyən təhlükə barədə xəbərdarlıq etdi:
    • 12-09-2023, 15:06
    • 154

Ekspert planeti gözləyən təhlükə barədə xəbərdarlıq etdi: "Pandemiya başlanğıcdır"

“Qlobal maliyyə elitası mövcud pandemiyadan uzun müddətdir davam edən “qara layihəsini” həyata keçirmək üçün bəhanə kimi istifadə edəcək”.

News24.az xəbər verir ki, bu barədə məşhur rus filosofu Andrey Fursov xəbərdarlıq edib.

Onun sözlərinə görə, “pərdəarxası dünya”nın əsas məqsədi planetin resurslarını tarixi miqyasında görünməmiş planet sakinlərinin böyük əksəriyyətinin istehlak səviyyəsinin aşağı düşməsi hesabına saxlamaqdır. 

“Söhbət milyardlarla insandan gedir. Onların hamısı, qlobal elitanın planına görə, həyat səviyyəsini orta əsr standartlarına endirməlidir. Ən azı texnoloji mənada bu, sənaye inqilabından və elmi-texniki tərəqqidə sıçrayışdan əvvəlki dövrə çox oxşar olacaq.Yeni texnologiyalara yiyələnmək və onlardan planet sakinlərinin əksəriyyətinin yüksək həyat səviyyəsini təmin etmək üçün istifadə etmək əvəzinə, elita sadəcə olaraq qiymətli təbii sərvətləri sadə insanlara sərf etməmək üçün onu zorla aşağı salmağa hazırlaşır”. 

Ayşən