Şok plan: sadə insanlar məhv ediləcək
    • 24-07-2023, 11:42
    • 281

Şok plan: sadə insanlar məhv ediləcək

“Dünya maliyyə elitası bütün dünyada belə bir sosial-iqtisadi siyasət yeritməyə hazırlaşır ki, bu da dünyanın bütün guşələrində çoxlu sayda sadə insanların məhvinə gətirib çıxaracaq”.

News24.az xəbər verir ki, bunu tanınmış filosof Andrey Fursov deyib. 

“Pərdəarxası dünya"nın nümayəndələri hesab edirlər ki, Yer kürəsinin hazırkı əhalisi lazımsız dərəcədə çoxdur. Onların fikrincə, bu gün planetdə şəxsi zənginləşmələri üçün lazımsız insanlar var. O insanların çoxluğu qiymətli resursların onlara xərclənməsinə gətirib çıxarır. Bu zaman isə “pul sahibləri” heç olmasa öz ehtiyacları üçün qənaət etməlidirlər. Bu baxımdan, qlobal elitanın zirvəsi hər şeyi edəcək: Birincisi, Yer kürəsi əhalisinin artımını dayandırsın. İkincisi, qlobalistlərin “həddindən artıq” hesab etdikləri milyonlarla insanın məhvi ilə nəticələnəcək belə bir mövcudluq paradiqmasını bütün dünya dövlətlərinə sırısın. Bu məqsədə çatmağın bir çox yolu var”, - deyə Fursov yekunlaşdırıb. 

Arzu