"Pərdəarxası dünya"nın yeni planı: İNSANLARIN SAYININ AZALTMAQLA...
    • 4-08-2023, 14:04
    • 292

"Pərdəarxası dünya"nın yeni planı: İNSANLARIN SAYININ AZALTMAQLA...

Qlobal maliyyə elitası sürətlə ölən kapitalizmi qlobal paylayıcı iqtisadiyyat modeli ilə əvəz edə bilər.

News24.az xəbər verir ki, bu barədə tanınmış rus filosofu Andrey Fursov danışıb.

 “Pərdəarxası dünya”nın yeni planı resurslara və qidaya ciddi nəzarətin tətbiqini, eləcə də planetin əhalisinin azaldılmasını əhatə edir. İndiki böhran ayrıca texniki sferanın böhranı deyil, bütövlükdə kapitalizmin ciddi böhranıdır. O, öz potensialını tükətib və artıq hakim elitanın mövqe və imtiyazlarının qorunub saxlanmasını tam təmin edə bilmir. Kapitalistlərin öz imtiyazlarını qorumaq üçün onlara informasiya və psixosfera üzərində nəzarəti təmin edən prinsipcə yeni sistem lazımdır”.

Ekspert qeyd edib ki, dünyanın informasiya üzərində nəzarəti gücləndirməyə doğru getdiyi əsas istiqamət şüurun derasionallaşdırılmasıdır: “Sonra fundamental elmin məhv edilməsi və böyük qrantların ayrıldığı ikinci dərəcəli psevdoelmi mövzuların kütləvi dövriyyəyə buraxılması gələcək”. 

Arzu