Tanınmış müğənni:
    • 12-09-2023, 16:04
    • 651

Tanınmış müğənni: "Allah o ruzini ona qismət edibsə..."

“Allah o ruzini ona qismət edibsə, özünü öldürsən də, xeyri yoxdur”.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri xanəndə Firuz Səxavət efirdə deyib.

O, başqasının uğuruna paxıllıq edən insanlardan danışıb:

“İnsan bir az dərinə getsə, bu dünyanın fani olduğunu düşünsə, heç vaxt pis ola biməz. Mən həmişə sülh insanı olmuşam. Onsuz da hərənin öz ruzisi var. Allah mənə göndərdiyi ruzini başqasına, başqasına verdiyi ruzini də mənə verməz. Çalışmaq, vuruşmaqla deyil. Düzdür, həyat mübarizədir. Oturmaqla da göydən heç nə tökülmür. Bu, başqa şeydir. Amma qismət deyilən bir şey var. Allah o ruzini ona qismət edibsə, özünü öldürsən də, xeyri yoxdur. Demək ki, sənin yox, onun qismətidir. Sən havayı yerə niyə özünü pis edirsən. Onsuz da paxıllıq etməklə özünə pislik etmiş olursan. Hamı səni paxıl, pis insan kimi tanıyır. Elə ondansa, yaxşı insan ol, yaxşı insan kimi tanın”.