-
- 26-07-2018, 13:58
- 811
Ekvador Asanjı qovmaq istəyir - Məşhur cəsus səfirlikdə həbsxana həyatı yaşayır
Ekvadorun XİN başçısı Xose Valensiya WikiLeaks rəhbəri Culian Asanjla bağlı problemi tezliklə həll etməyi tələb edib. Xatırladaq ki, Asanj 2012-ci ildən Britaniya hakimiyyətindən qorunmaq üçün Londondakı Ekvador səfirliyində yaşayır.
O xatırladıb ki, sığınacaq verilməsi şərtlərinə görə, Assanj siyasi bəyanatlarla çıxış edə bilməz. O, həmçinin Ekvadorla digər ölkələrin münasibətlərini korlayacaq informasiya yaymaq hüququna da malik deyil.
Bu ilin mart ayında Ekvador Asanjın xarici aləmlə əlaqələrini tamamilə kəsib və o demək olar ki, həbsxana həyatı yaşayır. Bununla belə Ekvador rəhbərliyi Asanjın səfirlikdəki 6 illik həyatından ciddi narahat olmağa başlayıb və bunun ömür boyu sürə bilməyəcəyini dəflərlə bəyan edib.
İlhamə