Estoniya baş nazirindən qalmaqallı paylaşım! İstanbul əvəzinə “Konstantinopol” yazdı
    • 13-09-2023, 10:36
    • 112

Estoniya baş nazirindən qalmaqallı paylaşım! İstanbul əvəzinə “Konstantinopol” yazdı

İstanbul Ortodoks Patriarxlığının patriarxı və arxiyepiskopu I Varfolomey Estoniyaya səfəri çərçivəsində bu ölkənin baş naziri Kaja Kallas ilə görüşüb. Kallas həmin anları sosial media hesabında paylaşarkən, mətndə "İstanbul" əvəzinə "Konstantinopol" yazması reaksiyaya səbəb olub.

News24.az xəbər verir ki,Kallas I Varfolomeyi Tallindəki Hökumət Evinin qapısında qarşılayıb və həmin anları sosial şəbəkədə video ilə paylaşıb.

"Konstantinopol arxiyepiskopu və Ekumenik Patriarx Bartolomey hazırda Estoniyada səfərdədir" deyə Kallas sosial şəbəkədəki paylaşımında bildirib

Aydan