Ərdoğandan 1,7 milyonluq İstanbul mitinqi ilə bağlı paylaşım
    • 8-05-2023, 11:56
    • 210

Ərdoğandan 1,7 milyonluq İstanbul mitinqi ilə bağlı paylaşım

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında paylaşım edib. 

News24.az xəbər verir ki, paylaşım ötən gün Atatürk Hava Limanı "Millet Bahçesi"də keçirilən Böyük İstanbul Mitinqi ilə bağlı olub. 

Türkiyə prezidentinin paylaşımında “14 May yolunda ən böyük qucaqlaşmamızı Atatürk Hava Limanı "Millet Bahçesi"də keçirməyimiz təsadüfi deyildi. Dünən İstanbul gözəl, başqa bir möhtəşəm idi. Atatürk Hava Limanı "Millet Bahçesi"ndə şəhərimizin 39 rayonundan 1 milyon 700 mindən çox vətəndaşla “Türkiyə bizə əmanət” söylədik" - deyilir. /Haber Global/