-
- 13-09-2023, 19:17
- 169
Vasif Tağıyevin vəziyyəti açıqlandı
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.
News24.az Pravda.az-a istinadən bildirir ki, Vasif Tağıyevin anası Təranə Tağıyeva oğlunun səhhəti barədə məlumat verib.
"Vasif indi bir az yaxşıdır. Hələ tikişləri tam sökülməyib. Yavaş-yavaş səhhəti düzəlir. Hələ işə çıxmır", - deyə o bildirib.
Xatırladaq ki, V.Tağıyev terror nəticəsində çiynindən və üzündən güllə yarası alıb. Çiyni sağalsa da, çənəsindəki problem ciddi olduğundan bir neçə dəfə əməliyyat edilib.