Bu matçın nəticəsi ləğv edildi
    • 13-09-2023, 19:32
    • 296

Bu matçın nəticəsi ləğv edildi

II Liqanın II turu çərçivəsində baş tutmuş “Ağdaş” - “Baku Sportinq” oyununun (2:4) nəticəsi ləğv edilib.

News24.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilir ki, görüşün 58-ci dəqiqəsində meydana girən “Baku Sportinq”in 10 nömrəli futbolçusu Elgün Abbaslının adı protokolda olmayıb.

Bu səbəbdən də paytaxt təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə “Baku Sportinq” klubu 400 manat cərimə edilib.