Ronaldunun adı stadiona veriləcək
    • 13-10-2019, 16:08
    • 780

Ronaldunun adı stadiona veriləcək

Portuqaliyanın “Sportinq” klubunun stadionu Kriştianu Ronaldunun adını daşıya bilər. Klub bu qərara gəlib.

News24.az  xəbər verir ki, “Sportinq”in prezidenti Frederik Varandaş qeyd edib ki, bu fikri uzaq gələcəyə saxlamaq istəmirlər:

“Kriştianu klubumuzun ən böyük simvollarından biri olub və olacaq. Bizim gənclər akademiyasının divarında onun liderlik, nizam-intizam haqqında sitatı əks olunub.

Kriştianu Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı idmançısıdır”.

Qeyd edək ki, Ronaldu karyerasına “Sportinq”də başlayıb və 2003-cü ilə qədər bu klubun şərəfini qoruyub. “Sportinq”in heyətində o, Portuqaliya Superkubokunu qazanıb.