"Sabah" hücum xəttini gücləndirdi - VİDEO
    • 13-09-2023, 21:30
    • 346

"Sabah" hücum xəttini gücləndirdi - VİDEO

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
News24.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçu İshak Belfodil bundan sonra komandamızın uğurları üçün çalışacaq. Əlcəzairli futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Belfodil karyerası ərzində Fransanın “Lion” (2009-2011), İtaliyanın “Bolonya” (2011/2012), “Parma” (2012/2013, 2014/2015), “İnter” (2013), “Livorno” (2014), BƏƏ-nin “Bani Yas” (2015/2016), Belçikanın “Standard” (2016-2017), Almaniyanın “Verder” (2017/2018), “Hoffenhaym” (2018-2021), “Herta” (2021/2022) və Qətərin “Al-Qarafa” (2022/2023) klublarında çıxış edib. İshak Əlcəzair millisində 19 oyun keçirib, 2 qola imza atıb.

Yeni transferimiz “Sabah”da 14 nömrəli formada çıxış edəcək.