Türkiyə Britaniya üçün əvəzolunmaz tərəfdaşdır - Fidan
    • 14-09-2023, 01:32
    • 148

Türkiyə Britaniya üçün əvəzolunmaz tərəfdaşdır - Fidan

Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz tərəfdaşdır. Bu, bizim ümumi təhlükəsizliyimiz və rifahımız üçün son dərəcə əhəmiyyətlidir.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransı zamanı deyib.

H.Fidan qeyd edib ki, Türkiyə İraq ərazisindən Türkiyəyə, oradan isə Avropa istiqamətində uzanacaq “İnkişaf yolu” adlı nəqliyyat dəhlizinin açılmasını dəstəkləyir.

Bundan əlavə, tərəflər taxıl dəhlizinin bərpa edilməsində həmfikir olduqlarını bildiriblər.