-
- 14-09-2023, 17:09
- 238
Ohanyan Paşinyana xəbərdarlıq etdi
Ermənistan keçmiş müdafiə naziri Seyran Ohanyan İrəvanın anti-Rusiya siyasətinin təhlükəsi barədə xəbərdarlıq edib.
News24.az xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.
Parlamentin müxalifətdəki “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib ki ki, ölkə hakimiyyətinin yeritdiyi siyasət təhlükəlidir.
“Hakimiyyətin ciddi anti-Rusiya hərəkatı ölkəni “döyüş meydanına”, güc mərkəzlərinin toqquşduğu yerə çevirir”, - deyə sabiq nazir qeyd edib.
O, Ermənistan rəhbərliyinin hərbi-siyasi vəziyyətə məhəl qoymadan və prioritet problemləri nəzərə almadan qərarlar qəbul etdiyi vurğulayıb.
Ohanyanın sözlərinə görə, rəhbərliyin əsas vəzifəsi hakimiyyəti saxlamaqdır.
Aydan