Seyran Ohanyan Ermənistanı tərk etdi
    • 10-11-2020, 19:14
    • 1 029

Seyran Ohanyan Ermənistanı tərk etdi

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkəsindən Almaniyaya qaçıb. 

News24.az xəbər verir ki, bu barədə Ohanyanın vəkili Karen Mejlumyan “Sputnik Ermənistan”a məlumat verib.

O, müvəkkilinin qaçma xəbərini belə təsdiqləyib: “Müalicə məqsədilə və məhkəmə qərarı ilə ölkəni tərk edib”.

Qeyd edək ki, S. Ohanyan və oğlunun Qarabağda gedən şiddətli döyüşlərin gedişində ağır yaralandığına dair məlumat yayılmışdı.
Xatırladaq ki, keçmiş nazir Ermənistanda 1-2 mart 2008-ci il hadisələri ilə bağlı ittiham olunur. Ohanyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən xaricə çıxmamaq öhdəliyi qoyulub.

Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.