"Xocalı qatili"nə ittiham irəli sürüldü
    • 13-02-2023, 14:49
    • 241

"Xocalı qatili"nə ittiham irəli sürüldü

Ermənistanın keçmiş müdafiə naziri, "Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb. 

News24.az  xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunda bildirib.

Qeyd olunur ki, Seyran Ohanyan bir neçə epizodda külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Ermənistan parlamenti fevralın 8-də Baş prokurorun vəsatətləri əsasında Seyran Ohanyana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

Xatırladaq ki, Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. 

Azərbaycan Hərbi Prokurorluğunda barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək, icrasının təmin edilməsi üçün Daxili İşlər  Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib.

Bakı hərbi məhkəməsinin qərarı ilə Ohaynayn barəsində qiyabi olaraq tutulduğu gündən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.//qaynarinfo