Yapon idmançı Bakıda aparıcıya hücum çəkdi - VİDEO
    • 14-09-2023, 17:19
    • 938

Yapon idmançı Bakıda aparıcıya hücum çəkdi - VİDEO

Bakıda yapon idmançı Çihiro Suzuki aparıcıya hücum çəkib.

News24.az  Day.Az-a istinadən xəbər verir ki, hadisə "Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi "Landmark 7" turnirindən öncə keçirilən mətbuat konfransında baş verib.

Mübahisənin səbəbi məlum deyil.

Həmçinin Azərbaycan MMA döyüşçüsü Vüqar Kərəmovun yaponiyalı rəqibi Çihiro Suzuki digər qalmaqallı hərəkətləri ilə də yadda qalıb. 

O, idmançımıza meydan oxuyaraq qeyri-adi jestlər edib. 

Suzukinin bu hərəkətləri sosial mediada birmənalı qarşılanmayıb. 

Həmin anları təqdim edirik: