Şimali Koreya lideri Xabarovska GEDİR
    • 15-09-2023, 01:52
    • 154

Şimali Koreya lideri Xabarovska GEDİR

Şimali Koreya lideri Kim Çen Inın qatarı Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Rusiyanın Xabarovsk vilayətinə yola düşüb.

News24.az TASS-a istinadən xəbər verir ki, Şimali Koreya liderinin Komsomolsk-na-Amuredəki "Suxoy" müharibə təyyarələrin istehsal olunduğu təyyarə zavoduna da baş çəkəcəyi gözlənilir.

Putin daha əvvəl Rusiya mətbuatına Kimin təyyarə zavodunu ziyarət etmək üçün Komsomolsk-na-Amura uçacağını və sammitdən sonra Rusiyanın Sakit Okean Donanmasını görmək üçün Vladivostoka gedəcəyini bildirmişdi.

Günəş Mərd