Putindən Şimali Koreya ilə bağlı AÇIQLAMA
    • 13-09-2023, 16:52
    • 156

Putindən Şimali Koreya ilə bağlı AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığa dair mövcud məhdudiyyətlərə əməl etdiklərini, lakin danışıqlar aparıb nəzərdən keçirə biləcəkləri şeylərin də olduğunu bildirib.

News24.az  xəbər verir ki, Rusiya  prezidenti Vladimir Putin  “Rossiya-1” dövlət kanalına Şimali Koreya  lideri Kim Çen Inla görüşü ilə bağlı açıqlama verib.

Rusiya ilə Şimali Koreya arasında hərbi-texniki əməkdaşlıqdan danışan Putin deyib: "Bəzi məhdudiyyətlər var. Rusiya bütün bu məhdudiyyətlərə riayət edir. Ancaq əlbəttə ki, danışa biləcəyimiz, AMI-ni müzakirə edə biləcəyimiz və düşünə biləcəyimiz şeylər var. Burada da perspektivlər var".

Kim ilə danışıqları məhsuldar adlandıran Putin, bölgədəki vəziyyət və ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

Rusiyanın kənd təsərrüfatı sahəsində təklif edəcəyi çox şeyin olduğunu vurğulayan Putin, Çinə gedən yol, dəmir yolu və limandan ibarət “logistika üçbucağı” layihəsi də daxil olmaqla, ortaq layihələrin işə salınmasını müzakirə etdiklərini ifadə edib.

Aydan