Kim Çen In Rusiyanın bu şəhərlərinə səfər edəcək
    • 13-09-2023, 15:51
    • 85

Kim Çen In Rusiyanın bu şəhərlərinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında bildirib ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiyaya səfəri zamanı  Vladivostok və Komsomolsk-na-Amura səfər edəcək.

News24.az xəbər verir ki, Rusiya dövlət başçısının sözlərinə görə, Kim Çen In Vladivostokda Sakit Okean Donanmasının imkanlarını nümayiş etdirəcək. KXDR lideri Uzaq Şərq Federal Universitetinə də baş çəkməyi və Rusiya Elmlər Akademiyasının bəzi obyektləri ilə tanış olmağı planlaşdırır.

Putin vurğulayıb ki, sədrin böyük proqramı var. “O, hələ buradan Komsomolsk-na-Amura uçur və həm mülki, həm də hərbi aviasiya avadanlıqlarının istehsal olunduğu fabriklərə baş çəkəcək” - Putin əlavə edib.

Akqabay