-
- 15-09-2023, 18:23
- 384
"Qərbin yeni "oyun meydanı" Qarabağdır"- Türkiyəli POLİTOLOQ
"Qərb bir neçə gündür Rusiyanı mühasirəyə almağa çalışır. Yeni cəbhə Ermənistan istiqamətində olacaq".
Bu sözləri News24.az-a açıqlamasında türkiyəli politoloq Cantürk Caner dedi:
"Bildiyiniz kimi, bu yaxınlarda Ermənistan və ABŞ Ermənistan ərazisində simvolik olsa da, təlim keçirdi. Təlim əsasən rabitə və peyk yardımı kontekstində baş tutub. Bu bir ssenari əsasında hazırlanmış plandır. Onlar Rusiyanı qıcıqlandırmaq istəyirlər. Təəsüf ki, Qərbin yeni "oyun meydanı" Qarabağdır".
Politoloqun sözlərinə görə, Qərbin Rusiyanı mühasirəyə almaq cəhdi təkcə Ukrayna cəbhəsində Rusiyanı məğlub etmək deyil:
"Rusiyanın Yaxın Şərqdə, Afrikada, Asiyada, xüsusilə Suriyada təsir gücünü qırmaqdır. Qərb ondan daha çox asılı olan, yalnız təbii qazını və neftini sata bilən, hətta onların müəyyən etdiyi qiymətlərlə bazara çıxara bilən Rusiya istəyir. Əslində Qərbin məqsədi Rusiyanı zəiflətmək, yaxın gələcəkdə Sakit Okeanda siyasi və strateji mübarizədə, Çin və Şimali Koreya ilə rəqabətdə onu öz tərəfinə çəkməkdir. Əks halda, Qərbi Rusiyanın Ukrayna ilə münasibətləri və ya Ukraynadakı maraqları maraqlandırmır. Prinsipcə, Qərb Ukrayna ilə maraqlanmır"
Aydan