"Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil" - MOSKVA PAŞİNYANDAN NARAZIDIR
    • 4-09-2023, 17:01
    • 212

"Rusiya Cənubi Qafqazı tərk etmək niyyətində deyil" - MOSKVA PAŞİNYANDAN NARAZIDIR

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiya ilə bağlı bəyanatlarından və Ermənistan Xarici İşlər Nazirliyinin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır, bu onlar üçün qəbuledilməzdir.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Nəşr xüsusən də Ermənistanın baş naziri Rusiyanın bölgədən uzaqlaşmasının mümkünlüyünü açıqlayıb.

“Əslində İrəvanı bu məqsədə çatmaq üçün vasitə kimi istifadə edərək Rusiyanı Cənubi Qafqazdan süni şəkildə sıxışdırmağa çalışırlar. Rusiya Ermənistanın ən yaxın qonşusu və dostu kimi regionu tərk etmək niyyətində deyil. Lakin Ermənistan da Rusiyanı sıxışdırmaq üçün Qərbin alətinə çevrilməməlidir” 

Qeyd olunub ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində əlaqələri nəzərdən keçirir:“Bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi”.

Ayşən