“ABŞ Rusiyanı Qarabağadan çıxaracaq” – Natiq Miri
    • 28-07-2023, 15:11
    • 347

“ABŞ Rusiyanı Qarabağadan çıxaracaq” – Natiq Miri

İsrailin “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri Yakov Kedmi Ermənistan və Azərbaycan arasındakı münaqişədən danışıb. Onun sözlərinə görə, Ermənistana, Rusiyaya və Azərbaycana düşmən olan qüvvələr bu ölkələri bir-birinə qarşı qoymaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlar:

"Bu da nə Ermənistana, nə Rusiyaya, nə də Azərbaycana sərf edir. Bu cür hərəkət edənlər regiondakı xalqların və ölkələrin maraqlarını yox, tamam başqa maraqları rəhbər tuturlar”.

Mövzu ilə bağlı News24.az-a danışan Politoloq Nati Miri  qeyd etdi ki, “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbərinin dediklərində qismən də olsa həqiqət payı var:


“Rusiya Ukraynada necə çökürdülürsə, eyni proses digər regionlara da transformasiya edilir. Rusiyanın orada zəifləməsi səbəbindən digər bölgələrdə güclənməsi mümkün deyil. Çünki fiziki enerji itkisi və iqtisadi yöndə zəifləmə faktoru ortaya çıxır. Bu da Rusiyanın həmin bölgələrdəki aktivliyini azaldır. Məsələni yalnız bu kontekstdə dəyərləndirmək olar. Baş verən hadisələri fürsət bilib, özləri üçün geosiyasi nailiyyətə çevirmək istəyirlər. Bu məsələdə region dövlətlərinin münasibətlərinin gərginliyindən də istifadə olunur. Məsələn, Azərbaycan və Ermənistan arasında hələ də gərginliyin davam etməsi sülhün bərqərar olmasının qarşısında bir problemdir. Eyni zamanda, Azərbaycan və İran arasında münasibətlərin tənzimlənməməsi regionda stabilliyi pozacaq amillərdəndir”. 

Politoloq vurğuladı ki, Rusiya-İran birliyi Qərbin siyasətinə qarşı dirəniş göstərmək istəyir:

“İran Ukrayna cəbhəsində birmənalı olaraq Rusiyanı müdafiə edir. Ancaq bunu perspektivdə Qərb dünyasının regionda yeni müharibələr istəməsi kimi də dəyərləndirmək doğru deyil. Çünki bu gün Azərbaycan və Ermənistan arasındakı münaqişə regionda yeni müharibəni tətikləyə biləcək ən ciddi hadisədir. Bu kontekstdə Qərbin ipini çəkən ABŞ ilin sonuna qədər sülhün əldə olunması və bunun nəticəsi olaraq rus qoşunlarının Qarabağdan çıxarılmasını təmin etmək istəyir. ABŞ Rusiyanı sıxışdırıb regiondan çıxarmaq istəyir. Qarabağ problemi tam həll olunandan sonra rus qoşunlarının bölgədə qalması zərurəti aradan qalxacaq”.