-
- 14-09-2023, 16:27
- 362
"Ukrayna Rusiya ilə müharibədən doymayıb" - Türkiyəli POLİTOLOQ
Ukrayna-Rusiya müharibəsi davam edərkən, ABŞ Ukraynaya ən çox yardım göndərən ölkədir. Belə ki, ABŞ prezidenti Co Bayden 2021-ci il yanvarın 20-də vəzifəyə gəldikdən sonra ABŞ Ukraynaya 44,4 milyard dollar hərbi yardım göstərib, bu yardımın 43,7 milyard dolları isə Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci ildən bəri verilib. Almaniyada yerləşən Kiel Dünya İqtisadiyyatı İnstitutunun araşdırmasına görə, ABŞ-ın müharibə başlayandan bəri Ukraynaya humanitar, maliyyə və hərbi dəstək də daxil olmaqla təxminən 76 milyard dollarlıq yardım edib. Maraqldır, Amerika Ukraynadan geri çəkilərsə nə baş verəcək?
Mövzu ilə bağlı News24.az-a danışan türkiyəli politoloq Cantürk Caner bildirdi ki,Ukrayna və Rusiya arasında gərginlik 2014-cü ildən bəri, 9illik bir prosesdir.
"Bildiyiniz kimi, Krımın işğalından sonra Luqansk və Donesk bölgələrində, yəni Dombas regional münaqişə başlayıb. Bu münaqişə prosesi birbaşa Rusiyanın 2022-ci ilin qış aylarında xüsusi əməliyyatlar keçirərək Ukraynaya müdaxiləsi ilə davam etdi və müharibə hələ də davam edir. Qərb indi birbaşa öz mövqeyini nümayiş etdirir.Onlar təkcə Ukraynaya silah yardımı göstərməklə deyil, həm də Rusiyaya qarşı birbaşa və çoxölçülü sanksiyalar prosesinə başlamaqla Rusiyanı Avropa və Qərb dünyasından təcrid ediblər".
Politoloqun sözlərinə görə, bütün bu proseslər çərçivəsində hazırda Ukrayna Qərblə Rusiya arasında müharibə elementidir.
"Başqa sözlə desək, Ukrayna yalnız proksi müharibələri aparan bir coğrafiyadır. Tərəflər zaman-zaman bir-birləri üzərində nisbi üstünlük əldə etsələr də, əslində müharibə demək olar ki, başa çatıb. Rusiya Dombas bölgəsini və Dnepr çayının şərqindəki Krım xəttini ələ keçirdi. Ukrayna faktiki olaraq zaman-zaman itirdiyi ərazilərə hücum etsə də, Rusiya onları birtəhər dayandırır. İndi hər iki tərəfdə yorğunluq əlamətləri görünür".
C.Canerin bildirdi ki, müharibə bir müddət də davam edəcək. Amerika və Qərbin Ukraynadan dəstəyini geri çəkməsindən söhbət gedə bilməz:
"Çünki bu yeni proseslə, yəni Rusiyanın 2022-ci ilin qış aylarında başlayan xüsusi əməliyyat prosesi ilə müharibə yeni mərhələyə qədəm qoydu. Qərb indi Rusiyanı tamamilə əhatə etmə prosesinə daxil olub. Müharibənin bundan sonra daha bir neçə il davam edəcəyi göz qabağındadır. Ola bilsin ki, daha çox vaxt aparacaq, bilmirik. Bu, qismən Ukrayna və Rusiya cəmiyyətinin müharibədən nə dərəcədə doymasından asılıdır, onlar bu müharibədən yorulmurlar, çünki öz hüquqlarını güdürlər. Üstəlik, həm Rusiya, həm də Ukrayna yeni silah və sursatlar tədarük edir. Qərb üç gündür Rusiyanı mühasirəyə almağa çalışır. Yeni cəbhə açılmaq üzrədir".
AYDAN