-
- 15-09-2023, 13:00
- 463
Bu ölkə də Rusiya avtomobillərinə QADAĞA QOYUR
Finlandiya Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edəcək.
News24.az xəbər verir ki, bu barədə Finlandiyanın Yle televiziya və radio şirkəti mənbələrə istinadən məlumat yayıb.
“Rusiya dövlət nömrə nişanlı və ondan az sərnişin üçün nəzərdə tutulmuş avtomobillər artıq sərhədi keçə bilməyəcək, lakin giriş qadağası ilə bağlı bir sıra istisnalar olacaq ki, bu barədə daha sonra elan ediləcək”, - mənbə bildirib.
Qadağanın nə vaxt qüvvəyə minəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bu gün detalları açıqlayacağı gözlənilir. “Rusiya avtomobillərinin qəbulu məsələsində Finlandiya Aİ-nin ümumi xəttini izləməyə hazırlaşır”, - teleradio şirkəti qeyd edir.
Bundan əvvəl Finlandiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiya dövlət nömrə nişanlı avtomobillər hələ də Finlandiyaya daxil ola bilər. Eyni zamanda, ölkənin xarici siyasət idarəsinin sanksiyalar departamentinin rəhbəri Pia Sarivaara Finlandiyanın Rusiya ilə həmsərhəd olan digər Aİ ölkələri ilə bu məsələni müzakirə etmək niyyətindən bəhs edib.
Latviya, Litva və Estoniya artıq Rusiya nömrəli avtomobillər üçün girişi bağlayıb.
Akqabay