Həbsdə olan general dəymiş ziyanın 12 milyon manatını ödəyib
    • 15-09-2023, 13:20
    • 392

Həbsdə olan general dəymiş ziyanın 12 milyon manatını ödəyib

Külli miqdarda mənimsəmə də təqsirləndirilərək həbs olunan general-mayor, Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədov ittiham olunduğu 18 milyon manat mənimsənilən məbləğin  12 milyon manatını ödəyib. 

Bu barədə generalın vəkili Rəşad Mirmehdizadə News24.az-a açıqlamasında deyib. O qeyd edib ki, təqsirləndirilən şəxslər dəymiş ziyanın 40 milyon manatını ödəyib. Həmin vəsaitin 12 milyon manatını general-mayor Nizami Məmmədov ödəyib. Nizami Məmmədov ümumilikdə 18 milyon manat mənimsəmədə ittiham olunur. O,  hazırda ağır xəstəlikdən əziyyət çəkir".

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs ediliblər.

Onlar  92 milyon manat mənimsəmədə təqsirləndirilir.

Samir Əli