92 milyon mənimsəmədə təqsirləndirilən general ev dustaqlığına buraxılmadı
    • 15-09-2023, 13:23
    • 790

92 milyon mənimsəmədə təqsirləndirilən general ev dustaqlığına buraxılmadı

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin  cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkilləri müvəkkillərinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. 

 Vəsatət təmin olunmayıb. 

İş üzrə məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin olunub. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs ediliblər.

Onlar  92 milyon manat mənimsəmədə təqsirləndirilir.

Samir Əli