Bu gündən yenidən bağçalara uşaq qəbuluna başlanıldı
    • 15-09-2023, 16:09
    • 165

Bu gündən yenidən bağçalara uşaq qəbuluna başlanıldı

Bu gün saat 16:00-dan etibarən valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı növbəyə yazıla bilərlər.

News24.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlı növbəyə yazılma müvəqqəti dayandırılmışdı.