-
- 26-07-2024, 14:03
- 288
Keçmiş prezident Barak Obama Harrisi DƏSTƏKLƏDİ
ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel ABŞ prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyiblər.
News24.az xəbər verir ki, keçmiş prezidentin həyat yoldaşı X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Barak və mən onu namizəd kimi dəstəkləməkdən çox şadıq..."
Xatırladaq ki, iyulun 21-də ABŞ lideri Co Bayden Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Harrisin namizədliyini dəstəkləyərək, prezidentlik yarışından geri çəkilmək qərarını açıqlayıb.
Məryəm İlhamqızı